EN

CASCFEN sədri fəal gənclərlə görüşüb

Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) rəhbərliyi mütəmadi olaraq gənclərlə görüşlərini davam etdirir.

Doğru.az xəbər verir ki, qurumun sədri, Əməkdar jurnalist Nadir Azəri, Yasamal rayonu, Zahid Xəlilov 43 m 47 ünvanında yerləşən “Litera” Kitab Evində müxtəlif universitetlərdə təhsil alan fəal tələbə-gənclərin bir qrupu ilə görüşüb.

Səmimi mühitdə, çay süfrəsi arxasında keçirilən görüşdə gənclərin təhsil, şəxsi inkişaf və ictimai fəaliyyətlə bağlı fikirləri dinlənilib, onların təşəbbüsləri və təklifləri müzakirə olunub. Nadir Azəri bildirib ki, görüş yerinin “Litera” Kitab Evi seçilməsi təsadüfi deyil və gənclərin dünya görüşünü artırmaq üçün daim mütaliə etmələri vacibdir.

Görüş zamanı CASCFEN-in fəaliyyəti, xüsusən Türk dünyası ilə bağlı layihələr barədə məlumat verilib. Sədr vurğulayıb ki, CASCFEN ictimai fəaliyyətə maraq göstərən və özünü bu sahədə sınamaq istəyən gənclər üçün etibarlı platforma rolunu oynayır.

Nadir Azəri gələcəkdə də fəal və təşəbbüskar gənclərin təşkilat sıralarında olmasının önəmli olduğunu qeyd edib. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb.

Tələbə-gənclər belə görüşlərin davamlı olmasının vacibliyini vurğulayıb və gələcəkdə CASCFEN rəhbərliyində təmsil olunan digər tanınmış şəxslərlə də oxşar görüşlərin keçirilməsini təklif ediblər.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
5
dogru.az

6Sources