EN

“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq”

“Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir. Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur”.

Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır.

Chosen
20
1
publika.az

8Sources