EN

Azərbaycanlı ultramarafonçu beynəlxalq marafonda uğur qazanıb

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

9 noyabr tarixində azərbaycanlı ultramarafonçu Elməddin Məmmədov Özbəkistanın qədim Səmərqənd şəhərində keçirilən beynəlxalq marafonda 42,2 km məsafəni uğurla qət edib.

Ölkə.Az xəbər verir ki, idmançı bu nailiyyətini Azərbaycan Zəfərinin 5-ci ildönümünə, Müzəffər Ordumuza və şəhidlərin xatirəsinə həsr etdiyini bildirib. O, yarış boyunca Azərbaycan bayrağını qürurla dalğalandıraraq milli ruhu və iradəsi ilə diqqət çəkib.

Finiş xəttini keçdiyi an nümayiş etdirdiyi əzmkarlıq və duyğulu davranış həm iştirakçılar, həm də təşkilatçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Elməddin Məmmədov uzun illərdir müxtəlif ölkələrdə keçirilən marafonlarda iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
olke.az

1Sources