EN

"Təyyarə qəzaya uğrayıb, yoxsa vurulub?" - Türkiyə mətbuatı nə yazır

"Türkiyənin C-130 hərbi təyyarəsinin Gürcüstanda qəzaya uğramasını araşdıran ekspertlər təyyarənin vurulmuş ola biləcəyini etiraf ediblər".

Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb. 

"Təyyarəmiz qəzaya uğrayıb, yoxsa vurulub? Hərtərəfli araşdırma aparılır. Həm təyyarənin qəzaya uğrama ehtimalı, həm də vurulma ehtimalı araşdırılır", - deyə köşə yazarı Abdulkadir Selvi bildirib.

Onun sözlərinə görə, baş verənlərlə bağlı müxtəlif versiyalar nəzərdən keçirilir, çünki Qafqaz “turbulent region”dur.

Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi noyabrın 11-də təyyarənin qəzaya uğraması barədə məlumat verib. C-130 qəza siqnalı göndərməyib və Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra radarlardan itib. Bunun ardınca “Qruznavigation” axtarış-xilasetmə əməliyyatına başlayıb. /unikal

Chosen
5
1
avtosfer.az

2Sources