EN

Gələn il 25 minə yaxın müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir

Gələn il 25 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb olunması gözlənilir.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Sertifikasiya prosesində 84 minə yaxın müəllim cəlb olunub. Ümumilikdə uğur qazanan 73 min müəllimin əməkhaqqısına əlavə tətbiq edilib. Növbəti ildə əlavə 25 minə yaxın müəllimin prosesə cəlb edilməsi nəzərdə tutulub. Gələn il ümumilikdə müəllimlərin əməkhaqqısına əlavə üçün təxminən 213 milyon manat vəsait proqnozlaşdırılıb. Gələn il biz müəllimlərin artıq böyük əksəriyyətinin sertifikasiyadan keçməsi prosesini yekunlaşdırmış olacağıq”, - nazir qeyd edib.

Chosen
23
11
aznews.az

10Sources