EN

Aliment ödəyənlərin sayı artıb

Yazını böyüt
Yazını kiçilt

"Ölkədə qəbul olunmuş "Gender bərabərliyi haqqında" və "Məişət zorakılığı haqqında" qanunların icrası istiqamətində dövlət proqramları hazırlanıb və tədbirlər həyata keçirilir. Ailə siyasətinin milli-mənəvi dəyərlərimizə əsaslanaraq formalaşdırılması da önəmli vəzifələrdəndir".

Hafta.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O vurğulayıb ki, son illərdə boşanmaların sayının artması yeni sosial problemlər yaradıb:

"Aliment ödəməli olan kişilərin sayında da artım müşahidə olunur. Lakin alimentlərin ödənilməməsi, qadınların və uşaqların rifahına birbaşa təsir edir və bu, artıq iqtisadi zorakılıq kimi qiymətləndirilə bilər. Bu sahədə Komitə təhlillər aparıb və müəyyən edib ki, yerli qurumların - xüsusilə bələdiyyələrin bu istiqamətdəki işi daha da təkmilləşdirilməlidir. Komitənin son vaxtlar həyata keçirdiyi vacib tədbirlərdən biri də bələdiyyələrin rolunun artırılması və onların hər biri üzrə risk qrupuna daxil olan ailələrin müəyyənləşdirilməsi olub. Məişət zorakılığına məruz qalan ailələrin müəyyənləşdirilməsi, həmin ailələrlə işləmək və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi artıq yerli idarəetmə səviyyəsində də prioritet olmalıdır".

Chosen
26
3
hafta.az

5Sources