EN

Niyə gənc ailələr ayrı yaşamalıdırlar? - "Baba-nənə ancaq fiziki kömək edə bilər"

"Əslində yeni evlənənlər ayrı yaşamalıdır. Amma bu o qədər də asan deyil. Çünki gənclər ev almaq da çətinlik çəkir". 

Ölkə.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkə hesabında yazıb.

"Niyə gənc ailələr ayrı yaşamalıdırlar? İndiki uşaqların tərbiyə metodları 30-40 il əvvəlki ilə uyğun gəmir. İndi "Mən 2-3 uşaq böyütmüşəm" prinsipi keçmir. Baba-nənə ancaq fiziki baxımdan kömək edə bilər. Uşağın tərbiyəsi, sağlamlığı və təhsili ilə ata-ana məşğul olmalıdır. Yoxsa, evdə hərə öz bildiyini uşağa tətbiq etmək istəyir. Ən populyar şikayət "Mən uşağa telefon vermirəm", amma baba-nənəsi bu qadağaya əməl etmir. Və ya "Mən uşağa çipsi almıram", amma babası hərgün cibləri dolu gəlir. Qınayaqmı gəncləri? Yox.

Amma bir məsələ də var. Bəzi gənc anaların uşaq haqqında təsəvvürü belə yoxdur. Adi supları, sıyıqları hazırlaya bilmir. Onda baba-nənələr öz köhnə təcrübələrindən istifadə etmək məcburiyyətində qalırlar. Bu "qarışıq" qulluq uşaqların səhhətində və tərbiyəsində ciddi problemlər yaradır. Bunu da hər gün görürük", - deyə pediatr qeyd edib.

Həmidə İbrahimova

Chosen
14
1
olke.az

2Sources