EN

Sabahın havası AÇIQLANDI

Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 15-20, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Chosen
23
49
redaktor.az

10Sources