EN

"Neftçi"nin baş məşqçisi 4 oyunluq cəzalandı - Klub 10 min manat cərimələndi

"Neftçi" komandasının baş məşqçisi Samir Abasov dörd oyunluq cəza alıb.

Modern.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mütəxəsəssi "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI turunun oyunundan sonra hakimi təhqir etdiyi üçün bu cəza ilə üzləşib.

Paytaxt klubu buna görə 10000 manat cərimələnib.

Chosen
25
3
modern.az

6Sources