BAKI, 13 noyabr. TELEQRAF
AFFA “Qarabağ”ı azarkeşlərinə görə cərimələyib.
Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.
Belə ki, Premyer Liqanın XI turun “Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 6000 manat cərimə edilib.