EN

“Bu uşağın məktəbi bitirəndə neçə dostu olacaq?!”

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“İxtisarla bağlı deyə bilərəm ki, bu yəqin ki, davam edəcək. Burada bizim yanaşmamız ixtisar yox, səmərəlilikdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Çünki 5-10 nəfər şagirdin olduğu məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil. Bütün məktəbdə 10 nəfər şagird, bir sinifdə isə 2 şagird varsa, ona necə musiqi, xor dərsi keçək? Bu uşağın məktəbi bitirəndə neçə sinif yoldaşı, dostu olacaq?! Ümumiyyətlə, onun gələcəyinə 10 nəfərlik məktəb necə təsir edəcək?! Bizim işimiz təhsilin keyfiyyətidir”, - nazir qeyd edib.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
3
qafqazinfo.az

4Sources