Misli Premyer Liqasının 5 klubu cərimələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Sonuncu turun "Qəbələ" - "Sumqayıt" oyununda (0:2) 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaqlar 700 manat ziyana düşüb.

"Zirə" isə "Turan Tovuz"la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.

"Turan Tovuz"un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.

"Kəpəz" - "Sabah" matçında meydan sahibləri 5, "bayquşlar" isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.