EN

Medvedev Yekun turnirinə qatılmaq şansını itirdi

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyalı tennisçi Dmitri Medvedev Parisdə keçirilən turnirin 1/4 finalında Almaniya təmsilçisi Aleksandr Medvedevə uduzandan sonra ATP-nin illik Yekun turnirinə qatılmaq şansını itirib. "Football-plus.az" xəbər verir ki, 29 yaşlı rusiyalı həmin turnirə vəsiqə qazanmaq uğrunda yarışda 2760 xalla 13-cü yerdə qərarlaşıb. Hazırda 8-ci pillədəki Lorentso Muzettinin 3685 xalı var. Yekun turnirə vəsiqə qazanan kişi tennisçilərdən yeddisinin adı məlumdu. Bunlar Karlos Alkaras, Yannik Sinner, Novak Cokoviç, Aleksandr Zverev, Teylor Frits, Ben Şelton və Aleks de Minaurdu. Yalnız bir vakant yer qalır. Turnirə 8 ən güclü sırasına düşə bilməyən daha iki tennisçi yollanacaq. Onlar zədə alan və ya Yekun turnirindən çəkilən tennisçilərə əvəz edə bilər.Medvedev 2019-24-cü illər aralığında keçirilən Yekun turnirlərin hamısında iştirak edib. O, 2020-ci ildə turnirin qalibi olub, bir il sonra isə finalda Zverevə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
1
icma.az

2Sources