EN

Zelenski keçmiş ortağına sanksiya tətbiq etdi Ukraynadakı kapitalından məhrum olunacaq

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski enerji sektorunda genişmiqyaslı korrupsiya sxemi ilə bağlı işlə əlaqəli olan iş adamı Timur Mindiç və maliyyəçi Aleksandr Zukermana qarşı sanksiyalar tətbiq edən fərman imzalayıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasında dərc edilən fərmana görə, Timur Mindiç və Aleksandr Zukerman bütün dövlət mükafatlarından və digər təltiflərdən məhrum ediliblər.

Bundan əlavə, onların aktivləri üç il müddətinə dondurulub, ticarət əməliyyatları aparmaq imkanları dayandırılıb, onlara aid kapitalın Ukraynadan kənara çıxmasının qarşısını almaq tapşırılıb, iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsi dayandırılıb və digər tədbirlər görülüb.

Həmçinin qeyd olunur ki, Mindiç və Zukerman İsrail vətəndaşlarıdır və İsrail pasportlarına malikdirlər. Onların hazırda İsraildə olduqları güman edilir. O da məlumdur ki, Mindiç hələ Zelenski Prezident olmazdan əvvəl onun “Kvartal-95” layihəsi üzrə biznes ortağı olub.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
azpolitika.info

1Sources