EN

Polad Bülbüloğlu Ramiz Mehdiyevlə birgə bütün kino obyektlərini satdı - Rəşid Behbudovun kürəkənindən ŞOK İDDİA

Rəşid Behbudov Fondunun direktoru, dünya şöhrətli müğənninin kürəkəni Kamil Şahverdi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlunu sərt şəkildə ittiham edib: “1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz Mehdiyevlə respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda 100-lərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə edən, Şıxda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını (“sehirli” çubuğu ilə) nazirliyin balansından sildirən, “Kinoprokat” kimi böyük bir strukturu ləğv edən (“Kinoprokat”ın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə “spisat” edən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?”.
Chosen
150
1
paytaxt.org

10Sources