EN

10 ayda dövlət büdcəsinin icrasında müsbət dinamika qeydə alınıb

2025-ci ilin 10 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40 960,7 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7 faiz üstələyib. Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 32 891,4 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7 faiz üstələyib.

2025-ci ilin 10 ayı ərzində İcmal büdcənin xərcləri 32 691,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872,7 milyon manat və ya 2,7 faiz çoxdur. Həmin dövrdə dövlət büdcəsinin xərcləri isə 27 720,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 387,6 milyon manat və ya 1,4 faiz azdır.

Chosen
44
15
vergiler.az

10Sources