EN

“Qəzzada epidemiya riski yüksəkdir”

“Qəzzada ekoloji vəziyyət fəlakət həddinə çatıb, epidemiya riski isə yüksəkdir”. 

Bu barədə anklavın Xan Yunis şəhərinin bələdiyyə sədri Əlaa-əl Batta “Əl-Cəzirə” telekanalına bildirib.

“Biz xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üzləşirik”, - kanalın müsahibi vurğulayıb. 

Onun sözlərinə görə, hərbi əməliyyatlar sektorda çox böyük dağıntılara səbəb olub ki, bu da zibil və tullantıların vaxtında daşınmasını çətinləşdirir: 

“Vəziyyəti pisləşdirən digər bir amil bombardmanlar nəticəsində sektorun bitki örtüyünün 90%-nin məhv olmasıdır”. 

Qeyd edək ki, daha əvvəl BMT-nin İnkişaf Proqramının (UNDP) Qəzza bölməsinin rəhbəri Alessandro Mrakiç anklavda tonlarla zibilin olduğunu, antisanitar şəraitin isə yerli əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirmişdi. 

Chosen
38
3
herbiand.az

4Sources