AFFA U-12 Liqasında çıxış edən "Difai" komandası yarışlardan kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb Ağsu təmsilçisinin "Kürdəmir"lə oyunda təyin olunan vaxtda meydana çıxmaması səbəb olub.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

"Difai" üçüncü dəfədir matça gəlmədiyi üçün yarışlardan uzaqlaşdırılıb.