EN

Ağdərənin Vəngli, Xocalının Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Noyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli, Xocalının Badara və Daşbulaq kəndlərinə yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 11 ailə - 45 nəfər, Xocalının Daşbulaq kəndinə 9 ailə - 31 nəfər, Badara kəndinə isə 6 ailə - 19 nəfər köçürülür. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.

Chosen
14
10
yeniazerbaycan.com

10Sources