EN

Emin Əmrullayev: “BDU, ADNSU və ATU-da qəbul sayı gələcək illərdə azaldılacaq”

“2011‑ci ildə adambaşı maliyyələşmə sisteminə keçid edilmişdi, amma adambaşına ayrılan vəsaitin artım sürətini bu illər ərzində təmin etməmişik”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Biz kəmiyyət dəyişiklikləri aparmışıq ki, daha çox tələbə gəlsin, daha çox vəsait ayrılsın.

Bu sistem nəticəsində artıq tələbə sayını artırmaq mümkün olub, amma keyfiyyətli kadrlar yetişdirilməsi bu zaman kölgədə qalmamalıdır.

İndi bu prosesin bir az əksinə getməyə məcbur olmuşuq. Məsələn, gələcək illərdə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universitetində (ATU) qəbul sayı gələcək illərdə azaldılması nəzərdə tutulur. Bizim üçün əsas məqsəd keyfiyyətin artırılmasıdır. Nəticədə bir tələbəyə düşən xərclər artacaq. Çünki orada daha yüksək keyfiyyət tələb olunur”.

//Editor.az

Chosen
22
6
editor.az

10Sources