EN

İlham Əliyev: Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Futbol üzrə U-20 Dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.

"Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir", - deyə o qeyd edib.

Qeyd edək ki, mundial 2027-ci ildə iki ölkədə təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
21
bakivaxti.az

10Sources