EN

Azərbaycanın Mərkəzi Asiya ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 2025-ci ilin doqquz ayı ərzində 58 % artaraq 1 milyard ABŞ dollarını keçib.

"Report"un Özbəkistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Daşkənddə regional ölkələrin, eləcə də Azərbaycanın ticarət və investisiya nazirlərinin ilk görüşündə bildirib.

Danışıqlar zamanı o, Bakının biznes üçün nəqliyyat infrastrukturunu inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

"Bu arteriyalar boyunca investisiya-logistika qovşaqları uğurla inkişaf edir. Bu da birgə müəssisələrin yaradılmasını stimullaşdırır. Ümumiyyətlə, nəqliyyat infrastrukturunun birgə inkişaf etdirilməsi regional səviyyədə yeni artım nöqtələri formalaşdırır", - E.Əliyev bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
cebheinfo.az

3Sources