EN

AFFA İntizam Komitəsi bölgə təmsilçisini yarışlardan kənarlaşdırıb

Misli Premyer Liqasında çıxış edən beş klub cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

XI turun “Qəbələ” - “Sumqayıt” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat ziyana düşüb. “Zirə” isə “Turan Tovuz”la matçda beş oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.

“Turan Tovuz”un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.

“Kəpəz” - “Sabah” matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.

İdman.Biz

Chosen
19
12
idman.biz

10Sources