EN

Kənd təsərrüfatı məhsullarının bahalaşmasının səbəbləri

Kənd təsərrüfatı məhsullarının bahalaşmasının fərqli səbəblərdir. Bunu daha detallı anlamaq üçün ayrı-ayrı məhsullar üzrə analiz aparmaq lazımdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycanda istehsalın azalmasını müəyyən tərəvəz məhsullarında görünür:

“Ötən il soğan istehsalında azalma olub. Bununla bağlı hər il dalğalanmalar müşahidə edirik. Bir ildə qiymətlər yaxşı olur, fermerlər maraq göstərirlər. Qiymətlər yuxarı olanda növbəti il də əkirlər. Qiymətlər aşağı olanda isə əksinə, azalmaya gətirib çıxarır. Bir il əvvəl qiymətlərin aşağı olduğuna görə bu il soğan əkinləri azalıb. Əsas səbəblər bunlardır. Buna xərclərin artımı da təsir edir. Eyni zamanda, Azərbaycan dünya bazarına inteqrasiya olunmuş bir iqtisadiyyatdır. Dünya bazarlarında ticarət xətlərində məhsulların qiyməti nədirsə, yerli bazar da ona uyğunlaşır”.

Nazir fermerlərin məhsullarını ucuz qiymətə satıb, həmin məhsulların şəhərdə baha qiymətə təklif olunması ilə bağlı narazılıqlarına da münasibət bildirib:

“Bu məsələ ilə bağlı biz fermerləri korporativlər yaratmağa təşviq edirik. Bunlar ticarət və ya birgə istehsalat korporativləri ola bilər. Hətta yaradılan korporativlərə əlavə 10% subsidiya təşviqi mexanizmi var. Son dövrlərdə az-az da olsa, fermerlət buna meyl göstərməyə başlayırlar. Fermerlər bunun əhəmiyyətini anladıqca, onlar birləşib artıq məhsulu daha güclü formada təqdim etməyə başlayacaqlar”.

Chosen
24
4
nocomment.az

5Sources