EN

Ukrayna Rusiyanı "Flaminqo" raketləri ilə vurub

Hurriyyet.az xəbər verir ki, noyabrın 13-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın onlarla obyektlərinə zərbələr endiriblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.  Hücum zamanı silahlı dronlardan, müxtəlif tipli raketlərdən, o cümlədən, Ukraynanın yerli istehsalı olan "Flaminqo", "Bars" və "Lyuti" raketlərindən istifadə edilib.

Qərargahın məlumatına görə, Krımda "Dəniz neft terminalı"nın, "Kirovski" aeroportunda vertolyot dayanacağının və PUA mövqelərinin, Yevpatoriyada HHM radiolokasiya stansiyasının vurulduğu qeydə alınıb.

Bundan başqa, Berdyansk rayonunda neft bazası, Zaporojye vilayətində komanda məntəqələri vurulub. Baş Qərargah zərbələrin Rusiya ərazisində də hədəflərə dəydiyini qeyd edib.

Hürr Tərcüman

Chosen
25
hurriyyet.az

1Sources