EN

MEDİA jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yaydı

Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb.

Qaziler.az xəbər verir ki, bu barədə MEDİA sosial şəbəkə hesablarında məlumat yayıb.

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - başsağlığında bildirilib.

Qeyd edək ki, Azərbaycanlı jurnalist, "Euronews" telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Chosen
18
19
qaziler.az

10Sources