EN

"Google"a qarşı araşdırmalar başlayıb

Avropa Komissiyası (AK) Amerikanın texnologiya nəhəngi “Google” şirkətinə qarşı araşdırmaya başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Google” şirkəti öz axtarış mühərrikində kommersiya məqsədləri üçün alqoritmlərlə manipulyasiya etməkdə ittiham olunur.

Avropa Komissiyası bildirib ki, onun ixtiyarında olan sübutlara görə, “Google” axtarış nəticələrində media saytlarının və digər media resurslarının adlarını süni şəkildə aşağı pillələrə endirir.

Söhbət “Google” ilə tərəfdaş olmayan şirkətlərə məxsus “kommersiya məzmunu” olan resurslardan gedir.

Chosen
10
3
bakivaxti.az

4Sources