Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İsrailin Azərbaycandakı səfiri Ronen Krausz ilə görüşüb.
"Yeni Sabah" xəbər verir ki, görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında səmərəli əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib.
İki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edilib.
Telegram kanalımız