EN

Taksi sürücüləri üçün növbəti imtahan keçirildi - 1345 nəfər uğur qazandı

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 13 noyabr 2025-ci il tarixindəxüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakıvə Gəncə şəhərlərində növbəti test imtahanı keçirilib.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan gün ərzində iki növbədə elektron formada1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayişetdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanıyekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqdanəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçininDİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1679 namizədqeydiyyatdan keçmişdir. Onlardan 1596 namizəd imtahana gəlib.İmtahan nəticələrinə əsasən, 1345 namizəd tələb olunan şərtləriödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı vəavtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativhüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığınproqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və dahaçox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlarvə onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdimediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavəməlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 14 və 17noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahanMərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

Məqalədə:
Chosen
22
7
az.trend.az

8Sources