Bu gün keçirilmiş oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda “Lənkəran” “Sərhədçi”ni qəbul edib. B qrupunun oyunu Lənkəran Olimpiya İdman Kompleksində keçirilib. Matç ev sahiblərinin 83:78 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.
A qrupu: Sabah – 12. Abşeron Lions – 11. Şəki – 8. Gəncə – 7. Neftçi – 7. NTD – 6.
B qrupu: Ordu – 12. Naxçıvan – 10. Lənkəran – 10. Sərhədçi – 9. Sumqayıt – 8. Quba – 8.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

