Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Ölkə.az xəbər verir ki, millimiz finalda Türkiyə seçməsi ilə üz-üzə gəlib.
Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Hər üç setdə qalib gələn Türkiyə komandası qızıl medalın sahibi olub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.