EN

“Şimal Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi reallığa çevrilir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fomalaşması istiqamətində mühüm addımlar atılır. Artıq dəhlizin reallığa çevrilməsi praktiki mərhələyə qədəm qoyub. Ötən ay Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin dəhlizin fəaliyyətinin artırılması və digər texniki məsələlər ətrafında müzakirələri böyük önəm daşıyır. Görüşün yekununda hər 3 ölkənin gömrük, sərhəd və nəqliyyat orqanlarının təmsilçilərindən ibarət işçi qruplarının yaradılması qərara alınıb ki, bu da dəhlizin inkişafında müsbət rol oynayacaq. Qeyd edək ki, öz başlanğıcını Hindistan limanlarından götürən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Fars körfəzi, İran, Azərbaycan, Rusiya üzərindən keçərək malların Avropaya çatdırılmasını nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
56
2
icma.az

3Sources