EN

9 ildir axtarılan Xəyalənin qalıqlarının tapıldığı yerdən FOTOLAR

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində uzun illər bağlı qalmış cinayətin üstü açılıb.

"Unikal"ın məlumatına görə, 2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın əvvəllər məhkum olunmuş Elnur Nizami oğlu Eynullayev tərəfindən qətlə yetirilməsi məlum olub.

X.Xəlilovanın meyiti Göytəpə qəsəbəsində istifadəsiz tikilidə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
27
1
unikal.az

10Sources