EN

İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir"

Prezident İlham Əliyev futbol üzrə U-20 dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, ölkə başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib:

"İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir".

Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-ci turnirinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli futbol komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

saytlarin hazirlanmasi

Chosen
32
45
sportal.az

10Sources