EN

Paşinyan: 44 günlük müharibə ilə bağlı hər şeyi demişəm

BAKI, 13 noyabr. TELEQRAF

44 günlük müharibə ilə bağlı hesabatın statusunda heç nə dəyişməyib. Əvvəldən bəyan edildiyi kimi, hesabat qapalıdır. Amma istəyən gedib oxuya bilər.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan noyabrın 13-də Milli Assambleyada 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

O, İstintaq Komitəsinin hazırladığı və Milli Məclisdə heç vaxt müzakirə olunmayan hesabatla bağlı deyib:

"2020-ci ildən bəri 44 günlük müharibə ilə bağlı o qədər məlumat paylaşmışam ki, altı belə komitə olsa belə, mənim dediklərimdən artıq məlumat toplaya bilməz".

Paşinyan əlavə edib ki, bəzi mübahisəli ərazilər Azərbaycanla aparılacaq sərhəd müzakirələri zamanı öz həllini tapacaq.

Chosen
34
teleqraf.com

1Sources