EN

“Starbucks” işçiləri ABŞ-ın 40 şəhərində tətil etməyi planlaşdırır

“Starbucks” işçiləri noyabrın 13-dən başlayaraq ABŞ-ın ən azı 40 şəhərində tətil dalğası keçirə bilər.

Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Mənbənin yazdığına görə, “Starbucks” işçilərini təmsil edən İşçi Yunayted həmkarlar ittifaqı Nyu York, Dallas, Minneapolis, Filadelfiya və Sietl də daxil olmaqla ABŞ-ın ən azı 40 şəhərində tətil keçirməyi planlaşdırır. 65 mağazadan 1000-dən çox işçinin iştirakı gözlənilir.

Həmkarlar ittifaqı müqaviləsinin əldə edilməsində və hüquqi mübahisələrin həllində irəliləyiş əldə olunmazsa, onlar etirazları uzada bilərlər.

“Starbucks” hər hansı bir yanlış hərəkəti rədd edir və ittifaqı danışıqlardan imtina etməkdə günahlandırır.

Agentliyin məlumatına görə, tətil “Starbucks”-ın illik “Qırmızı Kubok Günü” promosyonu ilə üst-üstə düşür və bu müddət ərzində şirkət bayram temalı təkrar istifadə edilə bilən fincanlar paylayaraq müştəriləri cəlb edir.

Yeganə

 

Chosen
54
busaat.az

1Sources