EN

Azərbaycanla Pakistanın ombudsman aparatları arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombdusmanı Ecaz Əhməd Qureşini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki ölkənin liderləri arasında yüksək səviyyəli təmasların müstəsna rolu vurğulanıb.

Son bir il ərzində ikitərəfli və çoxtərəfli formatlarda baş tutan çoxsaylı ali və yüksək səviyyəli təmaslar, xüsusilə də Azərbaycan, Pakistan və Türkiyə liderlərinin may ayında Laçın şəhərində keçirilmiş üçtərəfli görüşü, eləcə də Pakistan Baş nazirinin 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirakı məmnunluqla xatırlanıb.

Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyaların artan dinamikası qeyd olunub, bunun digər sahələrdə əlaqələrin inkişafına həmçinin müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.

İki ölkənin ombudsman aparatları arasında əməkdaşlığın öz növbəsində ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi və genişləndirilməsinə əlavə dəyər qatdığı bildirilib.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyə əsaslanan koordinasiyalı fəaliyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
17
15
musavat.com

10Sources