EN

Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42 ci ildönümü qeyd olunub FOTO

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümünün qeyd olunması ilə bağlı tədbir keçirilib.APA xəbər verir ki, tədbirdə deputatlar, diplomatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri və digər şəxslər iştirak edib.Mərasim Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsində həyatını itirən türk hərbçilərin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra isə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.Sonra isə Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin çıxışları olub.Natiqlər Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında əlaqələrin inkişaf dinamikasından, görülən işlərdən və gələcək perspektivlərdən danışıblar.Cavanşir Feyziyev və Ufuk Turganer ölkələrimiz arasında əməkdaşlığın gələcəkdə daha da irəli aparılması ilə bağlı əminliklərini ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
2
apa.az

3Sources