Bakı. Trend:
Gürcüstanda C130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasınəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə HərbiHava Qüvvələrinin A400M təyyarəsi noyabrın 13-də TbilisidənAnkaraya yola düşüb.
Trend xəbər verir ki, bubarədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ankarada şəhidlərlə rəsmi vida mərasimi, dahasonra isə onların dəfn mərasimi keçiriləcək.
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə HərbiHava Qüvvələrinə məxsus C130 tipli hərbi təyyarəsi qəzaya uğrayıb.Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dikyamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhidolub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgəistintaq və texniki araşdırma davam etdirilir.