
UEFA 2028-ci il Avropa çempionatının təqvimini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Böyük Britaniya və İrlandiya turniri 9 iyun 2028-ci ildə Uelsin paytaxtı Kardiffdə başlayacaq.
Səkkizdəbir final oyunları Londondakı “Uembli” stadionu istisna olmaqla, Avro-2028-in doqquz stadionundan səkkizində keçiriləcək.
Dörddəbir final oyunları Dublindək “Dublin Arena”da (İrlandiya), Qlazqodakı “Hempden Park”da (Şotlandiya), Kardiffdəki Uels Milli Stadionunda və “Uembli” stadionunda (Böyük Britaniya) baş tutacaq.