EN

On ayda dövlət büdcəsinin icrasında müsbət dinamika qeydə alınıb

2025-ci ilin 10 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40 milyard 960,7 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 3 milyard 946,5 milyon manat və ya 10,7 faiz üstələyib.

Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 32 milyard 891,4 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 14 milyard 378,3 milyon manat təşkil edərək proqnozdan 752,3 milyon manat və ya 5,5 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 38,6 milyon manat təşkil edərək proqnozdan 9,5 milyon manat və ya 32,6 faiz, sair daxilolmalar 614,8 milyon manat təşkil edərək proqnozdan 156,1 milyon manat və ya 34 faiz çox, Dövlət Neft Fondundan transfert isə 12 milyard 067,5 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 536,5 milyon manat təşkil edərək proqnoza qarşı 72,2 faiz icra olunub.

2025-ci ilin 10 ayı ərzində İcmal büdcənin xərcləri 32 milyard 691,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872,7 milyon manat və ya 2,7 faiz çoxdur.

Həmin dövrdə dövlət büdcəsinin xərcləri isə 27 milyard 720,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 387,6 milyon manat və ya 1,4 faiz azdır.

Chosen
23
15
yeniazerbaycan.com

10Sources