Yazını böyüt
Yazını kiçilt
Türkiyə hərbçilərinin cəsədi olan təyyarə Tbilisidən Ankaraya yola düşüb.
Hafta.az xəbər verir ki, bu barədə  Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi noyabrın 13-də Tbilisidən Ankaraya yola düşüb.
Ankarada şəhidlərlə rəsmi vida mərasimi, daha sonra isə onların dəfn mərasimi keçiriləcək.