EN

Aİ Çindən onlayn alış-veriş üçün vergi güzəştini ləğv edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ Şurası üzv ölkələrin maliyyə nazirlərinin Brüsseldə keçirdiyi iclasda qəbul edilən qərarlara dair açıqlama yayıb.

Banco.azxəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri 2026-cı ildə Temu, Shein və AliExpress kimi Çin onlayn saytlarından 150 avrodan aşağı alış-verişlər üçün gömrük rüsumlarından azadolmaları ləğv etməyə hazırlaşır.

açıqlamada Aİ-nin gömrük rüsumundan azad olan kiçik bağlama axınını dayandırmaq üçün addım atdığına diqqət çəkilib. Bildirilib ki, bu məsələ Avropadakı satıcılar üçün ədalətsiz rəqabət yaradır və ekoloji narahatlıqları artırır.

Açıqlamada 150 avroluq gömrük rüsumu həddinin ləğvi ilə bağlı razılıq əldə olunduğu qeyd edilərək, “Aİ ölkələrinin maliyyə nazirləri uzunmüddətli tədbir kimi dəyəri 150 avrodan aşağı olan malların gömrük rüsumu ödənilmədən Aİ-yə daxil olmasına icazə verən qaydanı ləğv etmək barədə razılığa gəldilər,” – ifadəsinə yer verilib.

Dəyişikliyə əsasən, gömrük rüsumlarının Aİ-yə daxil olan bütün mallara şamil ediləcəyi vurğulanıb və vəziyyətin təcili xarakter daşıdığına görə, gömrük rüsumlarının 2026-cı ildə mümkün olan ən qısa müddətdə tətbiq olunacağı bildirilib.

Hazırda Avropada Aİ xaricindən sifariş edilən dəyəri 150 avrodan aşağı olan məhsullar gömrük rüsumlarından azaddır.

2024-cü ildə Aİ ölkələrinə 150 ​​avrodan aşağı qiymətə göndərilən bütün elektron ticarət göndərişlərinin 91 faizi Çindən gəlib.

Aİ Komissiyası Çində yerləşən Temu və AliExpress onlayn alış-veriş platformaları, eləcə də Shein elektron ticarət şirkəti vasitəsilə edilən alış-verişlərə yeni vergilərin tətbiqini nəzərdən keçirir.

Keçən il gömrük rüsumları xaricində Aİ-yə təxminən 2 milyard bağlama göndərilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
34
1
banco.az

2Sources