EN

SON DƏQİQƏ: Türkiyəyənin daha bir təyyarəsi RADARLARDAN İTDİ

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, texniki xidmət üçün Xorvatiyaya gedən Meşə Baş İdarəsinə (MBİ) məxsus iki yanğınsöndürmə təyyarəsindən biri ilə rabitə əlaqəsinin kəsildiyini açıqlayıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, itkin düşən təyyarəni tapmaq üçün Xorvatiya qurumları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

Qeyd edilib ki, MBİ-yə məxsus iki ədəd "AT-802" tipli yanğınsöndürmə təyyarəsi planlaşdırılmış texniki xidmət çərçivəsində 12 noyabr çərşənbə günü saat 10:24-də Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə hərəkət edib.

Meteoroloji şərait səbəbindən təyyarələr gecəni Reyka Hava Limanında keçirib və bu gün (13 noyabr 2025, cümə axşamı) Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına getmək üçün yenidən havaya qalxıb.

Lakin hava şəraiti ilə bağlı iki təyyarə də geri dönmək qərarı verib. Geri dönüş marşrutu zamanı təyyarələrdən biri Reyka Hava Limanına təhlükəsiz eniş edib, digər təyyarə ilə isə Türkiyə vaxtı ilə saat 18:25-də rabitə kəsilib.

Chosen
73
23
publika.az

10Sources