EN

Hindistanın mübahisəli bölgəsində hava bazası fəaliyyətə başladı

Hindistanın nəzarətindəki mübahisəli Ladakhda bölgəsində Mudh-Nyoma hava bazası fəaliyyətə başlayıb. Metbuat.az xəbər verir ki, bu barədə Hindistan tərəfi məlumat yayıb. Məlumata görə, rəsmilər Çinlə müvəqqəti sərhədi təşkil edən Faktiki Nəzarət Xəttindən təxminən 25 kilometr məsafədə yerləşən hava bazasının fəaliyyətə başladığını açıqlayıblar. Bildirilir ki, hərbi hava bazasının açılması Hindistan ordusunun döyüş hazırlığı qabiliyyətini artıracaq. Rəsmilər həmçinin hava bazasının qırıcı təyyarələr, helikopterlər və nəqliyyat təyyarələri üçün istifadəyə yararlı olacağını açıqlayıblar.

Qeyd edək ki, Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı sərhəd ərazilər suverenlik mübahisələrinə səbəb olur.

Chosen
17
metbuat.az

1Sources