EN

“Birinci hissədə istədiyimizi əldə etdik” – İslandiya millisinin baş məşqçisi

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünü keçirib. Millimiz Bakıda İslandiyaya 0:2 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Arnar Qunnlauqsson jurnalistlərin suallarını cavablandırıb:

“Çətin oyun oldu. Amma yaxşı nəticə qazandıq. Birinci hissədə komandam yaxşı çıxış etdi və istədiyimizi əldə etdik. Fasilədən sonra Azərbaycan daha yaxşı idi. Amma qapımızdan qol buraxmadıq və lazım olan nəticəni qazandıq”.

– Azərbaycan millisi hansı aspektlərdə sizi təəccübləndirə bildi?

– İlk oyunla müqayisədə daha intensiv idilər. Fiziki cəhətdən yaxşı idilər. Hiss olunurdu ki, komanda artırıb.  Rəqib 0:2 geri düşdükdən sonra azarkeşləri qarşısında təzyiqi artırdılar. Komandam  buna yaxşı reaksiya verdi.

– Reykyavikdəki görüşdə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, bu gün isə Ayxan Abbasov idi. Azərbaycan millisində nəsə dəyişiklik gördüz?

– Azərbaycan millisi ilk oyundakı kimi, eyni sistemdə oynayır. Sadəcə indi daha yaxşı strukturlu idi. Komanda düz yoldadır. Gənclər də şans qazanırlar. Ukrayna millisinə qarşı görüşdə də xal qazana bilərdilər. İlk qələbə qazanmaq şans məsələsidir. Yaxın zamanda lazımı nəticələr gələcək.

– İkinci yer uğrunda Ukrayna ilə gərgin mübarizə gedir. Sizcə, hansı komanda uğur qazanacaq? Fransa – Ukrayna görüşündən gözləntiniz nədir?

– Əla sualdır. Otelə gedəcəm və həmin oyunu izləyəcəm. Ümidvaram ki, Fransa qalib gələcək. Elə olarsa, heç-heçə bizi qrupda ikinci edəcək. Bu gün öz işimizi yerinə yetirmişik. Ukrayna bu gün xal qazansa, o zaman qalib gəlməliyik. Ümid edirəm ki, Kilian Mbappe bizi sevindirəcək.

– Hakim ədalətli idi?

– İkinci hissədəki epizod zamanı ehtiyat edirdik ki, bəlkə orada penalti var. Amma yaxşı ki, baş hakim vermədi.

Chosen
19
8
msport.az

10Sources