EN

ChatGPT yeniləndi

ChatGPT yeni nəsil GPT-5.1 modeli ilə yenilənib. Metbuat.az xəbər verir ki, bu barədə OpenAI şirkəti məlumat yayıb. Şirkət yeni versiyanın daha ağıllı söhbət təcrübəsi təqdim etdiyini açıqlayıb. Bildirilir ki, yeniləmə əvvəlcə ödənişli istifadəçilər üçün əlçatan olacaq, daha sonra isə bütün istifadəçilər üçün təqdim olunacaq. GPT-5.1 yeniləməsi iki əsas versiyada təqdim olunur. GPT-5.1 versiyalarından biri təlimatları daha dəqiq başa düşən və daha intensiv qarşılıqlı əlaqə təklif edən versiya kimi təsvir edilir. Məlumata görə, GPT-5.1-in digər versiyası daha dərin təhlil tələb edən suallar üçün nəzərdə tutulub.

Şirkət, bu versiyanın mürəkkəb problemləri daha dəqiq həll edə və sadə suallara daha başa düşülən cavablar verə biləcəyini bildirib.

Chosen
5
2
metbuat.az

3Sources