EN

Azərbaycan əsilli yazıçının romanı Almaniyada “İlin kitabı” mükafatına layiq görüldü

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Azərbaycan əsilli yazıçı Yeganə Cabbarova Hamburq ədəbiyyat mükafatına layiq görülüb.

Bizimyol.info xəbər verir ki, onun “Ailəmdəki qadınların əlləri məktub yazmaq üçün deyildi” romanıAlmaniyanın Hamburq şəhərində “İlin kitabı” mükafatına layiq görülüb.

İxtisasca filoloq olan 1992-ci il təvəllüdlü Yeganə Cabbarova Yekaterinburqda anadan olub, orada böyüyüb boya-başa çatıb. Hazırda isə Almaniyada yaşayır.

Əvvəllər şeirlər yazan Cabbarovanın qadınların həyatından bəhs edən kitabı onun ilk nəsr əsəri olub. Əsərin hər fəsli qadın bədənindəki hansısa əzaya həsr olunub – qaşlara, saçlara, əllərə...

“Qaşlar” adlanan əsas və maraqlı fəsillərdən birində Azərbaycan qızlarını bir çox başqa xalqların qızlarından fərqləndirən xüsusiyyətlərdən bəhs olunur. Qalın və qara qaşlar təsvir olunur, toy gününə qədər onlara toxunmaq qadağandır. əsərin qəhrəmanı qaşlarından qurtulmağı xəyal edir. Gizlicə qoparılan tüklər onun ilk “inqilabı” olur. Amma çox keçmir ki, qəhrəmanın ciddi xəstəliyinin ilk əlaməti də qaşlardan başlayır. Həmin qaşlara nəzərən həkim qəhrəmanın bədənini məhv edən xəstəliyin diaqnozunu müəyyənləşdirir.

Onun romanı 2025-ci ildə Byanada alman dilində dərc olunub. Əsəri alman dilinə Mariya Rayer tərcümə edib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
bizimyol.info

1Sources