EN

Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında

DÇ 2026-nın Afrika zonası üzrə pley-off mərhələsinin yarımfinal matçında Nigeriya Qabonla üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda ardıcıl qollarla fərqlənən Nigeriya 97-ci dəqiqədə Çidera Ejukenin, 102-ci və 110-cu dəqiqələrdə isə Viktor Osimhenin qolları ilə 4:1 hesablı qələbə qazanıb.

Bu nəticə ilə Nigeriya Afrika zonası üzrə pley-off mərhələsinin finalına yüksəlib. Onların rəqibi Kamerun – Konqo Demokratik Respublikası qarşılaşmasının qalibi olacaq.

Qeyd edək ki, pley-off finalı noyabrın 16-da baş tutacaq.

"Barselona" "Yuventus"un futbolçusunu istəyir

"Qalatasaray" Lookman transferində israrlıdır

"Leypziq"in futbolçusu "Fənər"in radarında

Azərbaycan – İslandiya görüşü bu kanalda

Fransa və Braziliya milliləri yoldaşlıq oyununda üz-üzə gələcək

Chosen
34
1
apasport.az

2Sources