EN

Heqset: Narkokartellərə qarşı yeni əməliyyata başladıq

BAKI, 14 noyabr. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset ölkənin Cənubi və Mərkəzi Amerikada fəaliyyət göstərən narkokartellərə qarşı yeni əməliyyata başladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, “Cənub nizəsi” (Southern Spear) adlı əməliyyata ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı rəhbərlik edəcək. Həmçinin əməliyyat üçün xüsusi birgə hərbi qüvvə yaradılıb. Bu komandanlığın məsuliyyət zonasında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib hövzəsi ölkələri yer alır.

Heqset bildirib ki, əməliyyatın məqsədi ABŞ-ni narkotik təhlükəsindən qorumaq, regionda fəaliyyət göstərən narkoterrorçu qrupları zərərsizləşdirmək və ölkəyə axan ölümcül maddələrin qarşısını almaqdır. Nazir əməliyyatla bağlı əlavə detallar verməyib.

Chosen
59
2
teleqraf.com

3Sources